Futbolda qanunsuz mərc oyunları ilə bağlı Türkiyədə aparılan istintaq çərçivəsində saxlanılan "Qalatasaray" klubunun futbolçusu Metehan Baltacı ilə bağlı ittiham aktı hazırlanıb.
News365.az xəbər verir ki, hazırlanan iddianamədə oyunçu barəsində dörd ildən 13 ilədək azadlıqdan məhrumetmə cəzası istənilir.
İstintaqın yekununda tərtib edilən sənəddə Baltacının "informasiya sistemləri, bank və ya kredit qurumlarından istifadə etməklə dələduzluq" və "razılaşdırılmış oyun və təşviq mükafatı" maddələri ilə mühakimə olunması tələb olunur.
Məsələ ilə bağlı məhkəmə prosesinin yaxın vaxtlarda başlanacağı gözlənilir.