Aktyor-müğənni Murad İsmayıl yeni mahnısını təqdim edib.
Murad "Такова жизнь" adlı ifasına çəkilən klipi izləyiciləri ilə bölüşüb.Muradın yeni layihəsini ayrıldığı həyat yoldaşı Ülviyyə Xəlinbəyova da paylaşıb.
"Xeyirli olsun" , - deyə, Ülviyyə bildirib.
Vüsal Məmmədovun rejissorluq etdiyi layihədə İradə Qarayeva, Corc Qafarov, Raziyyə Abbasova, influenser Latifa rol alıb.