"Kişi müğənnilərlə dostluğum daha yaxşıdır"- Telli Borçalı

"Kişi müğənnilərlə dostluğum daha yaxşıdır"- Telli Borçalı
17:11

"Kişi müğənnilərlə dostluğum daha yaxşı alınır."

News365.az xəbər verir ki, Aşıq Telli Borçalı “Qonaq Canlı” verilişinin qonağı olarkən kişi və qadın dostluğu ilə bağlı maraqlı açıqlama verib.

O, cinslər arasında səmimi dostluğun mümkün olduğunu deyərək, bunu şəxsi müşahidələri ilə əsaslandırıb:

“Bəzən qadının yanında bir zarafat edirsən, səhər həmin sözü başqasından eşidirsən. Ona görə məncə kişilərlə dostluq etmək lap yaxşıdır,” – deyə aşıq bildirib.

Sənətkar eyni zamanda qadınlara sevgisini də gizlətmədiyini vurğulayıb:

“Mən qadınları da çox sevirəm. Amma kişi müğənnilərlə dostluğum daha yaxşı alınır, daha səmimi olur,” – o əlavə edib.

Aşıq Telli dostluğun cinsə görə deyil, səmimiyyət və etibara görə dəyərləndirilməli olduğunu da qeyd edib.

News365.az


Sizin reklam burada
Sizin reklam burada