Ağdərədə 30 evin təmirinə 1,8 milyon manat xərclənəcək

Ağdərədə 30 evin təmirinə 1,8 milyon manat xərclənəcək
17:24

Ağdərə rayonunun Çıldıran kəndində 30 fərdi yaşayış evi təmir ediləcək.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi ilə “Araz İnşaatçı” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında müqavilə imzalanıb.

Müqavilənin şərtlərinə əsasən, sifarişçi qurum görüləcək işlərə görə “Araz İnşaatçı” MMC-yə 1 milyon 819 min 456,51 manat ödəyəcək.

Qeyd edək ki, sözügedən şirkət 2006-cı ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan MMC-nin qanuni təmsilçisi İsmayılov Teyyub İbrahim oğludur.

Məlumat üçün bildirək ki, bu müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalı vasitəsilə keçirilməyib.



Sizin reklam burada
Sizin reklam burada