“ ABŞ, Fransa və Böyük Britaniyanın Ukraynaya dəstəyi münaqişənin qlobal xarakter aldığını göstərir”
Politoloq Asif Nərimanlı bunu News365.az-a deyib.
"Ukrayna mübaribəsində baş verən proseslər Amerika, Böyük Britaniya və Fransanın verdiyi dəstək artıq münaqişənin qlobal xarakter aldığını göstərir. Bu müharibə arealının genişlənməsi hətta Avropaya sıçraması istisna edilməməlidir. Maraqlıdır ki, indiyə qədər Qərb ölkələri buna qarşı çıxsalar da artıq, indi rəsmi şəkildə sanki hadisələr bu yönə sürükləməyə çalışırlar, xüsusən də Ağ Evin Ukraynaya verilən rakeylərlə Rusiyaya zərbə endirilməsi icazəsinin təsdiq edilməsi onu göstərir ki, Rusiyanı buna məcbur edirlər.