Sankt-Peterburqda təhsil ocağının minalanması ilə bağlı yalan xəbərə görə 14 mindən çox insan məktəbdən təxliyə edilib. Bu barədə 78.ru məlumat yayıb.
Telekanalın məlumatına görə, naməlum şəxs 112-yə zəng edərək məktəbə mina yerləşdirilməsi ilə bağlı məlumat ötürüb. Hüquq-mühafizə orqanlarının əməkdaşları 702 təhsil müəssisəsini yoxlamalı olublar. Lakin heç bir partlayıcı maddə və ya partlayıcı qurğu aşkar edilməyib.
Rəhbərliyin qərarı ilə insanlar 6 məktəbdən təxliyə ediliblər. Ümumilikdə içərisindədə tələbə və təhsil işçisi də olmaqla 14 mindən çox insan təhsil müəssisələrinin ərazisindən uzaqlaşdırılmalı olub.
Tural