Ukraynalı deputat: "Zelenski Ağ Ev-də faciəvi səhv etdi!"

Ukraynalı deputat: "Zelenski Ağ Ev-də faciəvi səhv etdi!"
08 Mar 2025 12:00

Ukrayna hakimiyyəti tarixi bilmir və ABŞ prezidenti Donald Trampı anlamaq istəmir. Bunu Ali Radanın deputatı Artem Dmitruk özünün Teleqram kanalında yazıb.

Vaşinqtondan Kiyevə hərbi və maliyyə yardımının azaldılmasını şərh edən Dmitruk diqqəti Ukrayna prezidenti və onun ətrafının Trampın məntiqini anlamaq istəməməsinə yönəldib.

Parlamentari onu da qeyd edib ki, rəsmi Kiyev, görünür, tarixdən zəif məlumatı var: “Onların Vyetnamdan xəbəri yoxdur, Əfqanıstan və İraqdan da məlumatsızdırlar”.

Deputat fevralın 28-də Ağ Evin Oval kabinetində Zelenski ilə Tramp arasında aparılan danışıqların uğursuzluğunu da qiymətləndirib. Onun fikrincə Zelenskinin Ağ Ev-də etdikləri faciəvi səhv idi.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. 

Tural

Sizin reklam burada
Sizin reklam burada