Sabiq nazir müavini 3 ay sonra bu vəzifəsindən də getdi - Yeni təyinat

Sabiq nazir müavini 3 ay sonra bu vəzifəsindən də getdi - Yeni təyinat
17:13

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Mərkəzinə (Publik hüquqi şəxs) direktoru yenidən dəyişib. 

Müvafiq əmrlə Səfərov Cavid Məhərrəm oğlu sözügedən qurumun rəhbəri təyin edilib.

Qeyd edək ki, bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində məsləhətçi vəzifəsində işləmiş Bədəl Fizuli oğlu Həsənov Aqrar Xidmətlər Mərkəzinin direktoru vəzifəsinə gətirilmişdi. 

Bədəl Həsənov 2023-cü ilin may ayınadək Naxçıvanın ekologiya və təbii sərvətlər nazirinin müavini vəzifəsində işləyib.


Sizin reklam burada
Sizin reklam burada