Ukraynada həlak olan azərbaycanlı hərbçi dəfn edildi - VİDEO

Ukraynada həlak olan azərbaycanlı hərbçi dəfn edildi - VİDEO
16:14

Rusiya-Ukrayna müharibə zonasında həlak olan azərbaycanlı hərbçi dəfn edilib.

News365.az xəbər verir ki, əslən Şirvan şəhərindən olan Ukrayna vətəndaşı 30 yaşlı Faiq Şofel (anasının soyadını götürüb) Odessadakı “Zabitlər evi”ndə keçirilən mərasimdən sonra torpağa tapşırılıb.

Yerli rituallarla keçirilən mərasimdə mərhumun ailə üzvləri, döyüş yoldaşları, Azərbaycan icmasının üzvləri iştirak edib.

Qeyd edək ki, Faiq Şofel 3 gün əvvəl Dnipropetrovsk vilayətində döyüş tapşırığını yerinə yetirərkən həyatını itirib.



Sizin reklam burada
Sizin reklam burada