Ukrayna Müdafiə Kəşfiyyatı (DIU) Simferopol yaxınlığında yerləşən Xvardiskoye aviabazasına pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib. Hadisə nəticəsində iki Rusiya helikopteri sıradan çıxarılıb.
News365.az-ın “Ukrinform”a istinadla verdiyi məlumata görə, helikopterlərin ümumi zərəri təxminən 2 milyon dollar təşkil edir.
Hücum əməliyyatı çərçivəsində Ukrayna qüvvələri həmçinin Sevastopol körfəzində BUK-2190 yedək gəmisini hədəfə alıblar. Bu, regionda gərginliyin davam etdiyini bir daha göstərir.
News365.az