Ukrayna-Rusiya danışıqlarında gərgin məqamlar

Ukrayna-Rusiya danışıqlarında gərgin məqamlar
12:01

Dünya ictimaiyyəti Ukrayna və Rusiya arasında danışıqların nəticələrini diqqətlə izləyir. Son dövrlərdə baş tutan  Mayamidəki görüşlər uzun və gərgin keçib, tərəflər strateji məsələlərdə mövqelərini qorumağa çalışıblar. Bu danışıqlar həm Ukrayna tərəfi, həm də beynəlxalq ictimaiyyət üçün böyük əhəmiyyət kəsb edir, çünki müharibənin dayandırılması və regionda sabitliyin təmin olunması əsas məqsədlərdəndir.

Politoloq Əli Mustafa News365.az-a açıqlamasında bildirib ki, bu görüş ağır və uzunmüddətli olub, təqribən 5 saat davam edib.


Onun sözlərinə görə, mətbuatda fərqli məlumatlar yer alsa da, əsas razılaşma prinsipləri artıq müəyyənləşib.

Mustafa qeyd edib ki, Ukrayna tərəfi heç bir halda ərazi güzəştlərinə getmək fikrində deyil. Xüsusilə Slavyansk və ətraf ərazilərdəki strateji mövqelər Ukrayna üçün mühüm əhəmiyyət kəsb edir və bu yerlərin itirilməsi Rusiyanın mövqelərini gücləndirə bilər.

Politoloq əlavə edib ki, razılaşmaların təxminən 80 faizi əldə olunub və əsas məqsəd müharibənin dayandırılması, Ukraynanın təhlükəsizliyinin təmin edilməsidir. ABŞ Senatoru Marko Rubio da açıqlamasında tərəflərin ilkin atəşkəsi təmin etməyə çalışdığını vurğulayıb.


Sizin reklam burada
Sizin reklam burada