Ukraynanın hücum dronları ötən gecə Rusiyanın Orenburq vilayətində sənaye obyektinə zərbə endirib.
Məlumatı regionun rəhbəri Yevgeni Solntsev özünün Teleqram kanalında etiraf edib.
Belə ki, qubernator regiondakı qaz emalı zavodunun infrastrukturuna qismən ziyan dəydiyini, başlanan yanğının söndürülməsi üzrə işlərin davam etdirildiyini açıqlayıb: "Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələri regionda daha bir sənaye obyektinə hücum etməyə cəhd göstərib. Qaz zavodunun infrastrukturuna qismən ziyan dəyib. Pilotsuz təyyarənin zərbəsi sexlərdən birində yanğına səbəb olub. Fövqəladə halların aradan qaldırılması üçün bütün təcili xidmətlər göndərilib. Yanğın söndürülür".
Qubernator qeyd edib ki, hadisə nəticəsində zavodun işçiləri arasında itki yoxdur. Yaşayış məntəqəsi üçün heç bir təhlükə yoxdur.