Ukrayna ordusu rusların mühüm zabitlərini öldürüb -FOTO

Ukrayna ordusu rusların mühüm zabitlərini öldürüb  -FOTO
25 İyn 2024 15:02

Rusiya ordusunda döyüşlərdə öldürülən yüksək rütbəli hərbçilərin sayı artmaqdadır. "Unian"ın yaydığı məlumata görə, 25 iyun tarixində zabitlər arasında itkilərin sayı ciddi şəkildə artıb: "Xüsusən də iki düşmən polkovniki - Aleksey Lyapin (ləqəbi "Zvezda") və "Bars-14" batalyonuna komandirlik edən Vladimir Nenastyev məhv edilib".

Bundan başqa, polkovnik-leytenant Qriqori Prasko və üç leytenant - Mixail Jarov, Vyaçeslav Sannikov və Səlim Sunqurov da öldürülüb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Son bir ayda isə rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər. 

Tural

News365.az


Youtube kanalımız
Ukrayna ordusu rusların mühüm zabitlərini öldürüb  -FOTO
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər