Ukrayna ilk dəfə olaraq dronla "Şahed"i vurub

Ukrayna ilk dəfə olaraq dronla "Şahed"i vurub
18:31

Ukrayna Ordusunun Pilotsuz Sistemlər Qüvvələrinin (PSQ) elit bölməsinin hərbçiləri dünyada ilk dəfə olaraq suüstü platformadan buraxılmış dron vasitəsilə "Şahed" pilotsuz uçuş aparatını (PUA) vurmağa nail olublar.

News365.az Ukrayna mediasına istinadən xəbər verir ki, tapşırığı dəniz təlimləri zamanı 412-ci əlahiddə "Nemesis" PSQ operatorları yerinə yetiriblər.

"Bu, dəniz və hava pilotsuz imkanlarının inteqrasiyasının yeni səviyyəsidir. Önləyici dronların yerləşdirilməsi üçün suüstü daşıyıcıların tətbiqi hava təhdidlərinə qarşı mübarizə imkanlarını genişləndirir və Ukrayna şəhərlərinin müdafiəsi üçün əlavə eşelon formalaşdırır", - məlumatda qeyd olunur.



Sizin reklam burada
Sizin reklam burada