Ukrayna daha bir yaşayış məntəqəsini itirdi

Ukrayna daha bir yaşayış məntəqəsini itirdi
06 İyn 2025 13:47

Son 24 saat ərzində Rusiya hərbçiləri qondarma Donetsk Xalq Respublikasının Fedorovka adlanan bölgəsini ələ keçiriblər.  Bu barədə Rusiya Müdafiə Nazirliyinin xüsusi hərbi əməliyyat(SVO) adlandırdığı müharibənin gedişi ilə bağlı hesabatında bildirilib.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.

Tural


Sizin reklam burada
Sizin reklam burada