Ukrayna BMT-nin təcili iclasını çağırdı

Ukrayna BMT-nin təcili iclasını çağırdı
09 Yan 2026 13:35

Xəbər verdiyimiz kimi, Rusiya "Oreşnik" raketlərindən istifadə etməklə Ukraynaya zərbə endirib. Bundan sonra rəsmi Kiyev təcili olaraq Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasını çağırıb.

News365.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkə hesabında paylaşım edib. 

Ukraynalı nazir qeyd edib: "Rusiya Lvov bölgəsinə qarşı "Oreşnik" adlanan orta mənzilli ballistik raketdən istifadə edib". 


Sizin reklam burada
Sizin reklam burada