Rusiya hərbçiləri Dnepropetrovsk vilayətində Ukrayna Silahlı Qüvvələrinin (VSU) İRİS-T zenit-raket kompleksini “İsgəndər-M” raket zərbəsi ilə məhv edib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Müdafiə Nazirliyinin məlumatına görə, raket zərbəsi Jelobok qəsəbəsi yaxınlığında endirilib. Hədəfin məhv edilməsi obyektiv nəzarət vasitələri ilə təsdiqlənib.
Müdafiə Nazirliyi bildirir ki, bu hücum nəticəsində təkcə VSU-nun xarici istehsallı İRİS-T hava hücumundan müdafiə sisteminin buraxılış qurğusu deyil, həm də Ukrayna radiolokasiya stansiyası, eləcə də döyüş idarəetmə kabinəsi və iki müşayiət maşını məhv edilib.
Qeyd edək ki, "İskəndər" qısaməsafəli ballistik raketdir.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural