Xəbər verdiyimiz kimi, Ucarın Qazıqumlaq kəndi ərazisində "Mercedes" markalı minik maşını su kanalına düşüb. Nəticədə Coşqun Məmmədov hadisə yerində ölüb.
News365.az unikal-a istinadən xəbər verir ki, vəfat edən şəxs Bərgüşad kənd ümumi orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi olub.
1994-cü il təvəllüdlü müəllim bu gün dəfn olunub.
