Dünyanın ən bahalı təyyarəsi- Maksimum sürəti 1010 km/saatdır

Dünyanın ən bahalı təyyarəsi- Maksimum sürəti 1010 km/saatdır
03 Mar 2026 23:15

Nüvə bombardmançı təyyarəsi kimi nəzərdə tutulan yüksək gizlilik texnologiyalarına sahib "Northrop B-2 Spirit" cəmi 21 ədəd istehsal edilib


News365.az xəbər verir ki, 80 ədəd 230 kq-lıq "MK 82" idarəedilən bombanı və ya 16 ədəd 1100 kq-lıq "B 83" nüvə bombasını daşıya bilir.


15 000 metr hündürlükdə hücum missiayasını yerinə yetirə bilir. 11 000 km məsafə qətt edə bilir. Havada bir dəfə yanacaq doldurmaqla bu məsafəni 19 000 km-ə çatdırmaq olur.


Bildirilib ki, maksimum sürəti 1010 km/saatdır. Boş çəkisi 71,7 tondur (ümumi çəkisi 152 ton). B-2 Spritin əsas gücü onun gizlilik xüsusiyyətlərindədir. Demək olar ki, radarlara düşmür. Bazar dəyəri 2,13 milyard dollardır. 


Sizin reklam burada
Sizin reklam burada