Ucarda ev əşyaları ilə birlikdə yandı

Ucarda ev əşyaları ilə birlikdə yandı
31 Avq 2025 12:50

Ucarda fərdi yaşayış evi yanıb.

Hadisə rayonun Qaracallı kəndində baş verib.
 

Kənd sakini, 1977-ci il təvəllüdlü Əlizadə Əjdər oğlu Məmmədova məxsus 1 mərtəbəli, 2 otaq və yarımtikilidən ibarət evdə güclü yanğın baş verib.


Yanğın nəticəsində ev əşyaları ilə birlikdə tamamilə yanıb.

Hadisə yerinə Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb. İlkin ehtimala görə, hadisəyə səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.


Sizin reklam burada
Sizin reklam burada