Üç tanınmış hakim təqaüdə göndəriləcək

Üç tanınmış hakim təqaüdə göndəriləcək
11:06

Bakı Ağır Cinayətlər Məhkəməsi üç hakimi ilə yollarını ayıracaq.

News365.az xəbər verir ki, uzun illərdir eyni məhkəmədə fəaliyyət göstərən hakimlər-Novruz Kərimov, Rasim Sadıxov və Cavid Hüseynov yaş həddi ilə bağlı təqaüdə çıxacaqlar.

Artıq həmin hakimlərin icraatına yeni cinayət işləri verilmir. Onlar araşdırdıqları son işləri yekunlaşdırdıqdan sonra fəaliyyətlərini başa vuracaqlar.

N.Kərimov, R.Sadıxov və C.Hüseynov indiyədək bir sıra səs-küylü cinayət işlərinə baxıblar və bu işlərdə hakim kollegiyasının tərkibində iştirak ediblər.

Qeyd edək ki, ötən gün Bakı Ağır Cinayətlər Məhkəməsinin başqa bir hakimi Anar Sadıqov da öz ərizəsi ilə vəzifəsindən ayrılıb.


Sizin reklam burada
Sizin reklam burada