Türkiyədə yol çökdü - Maşınlar xəndəyə düşdülər

Türkiyədə yol çökdü -  Maşınlar xəndəyə düşdülər
25 Apr 2024 22:43

Türkiyənin İstanbul şəhərinin Şişli rayonunda yol çöküb.

Bununla bağlı “NTV” məlumat yayıb.

Belə ki, Fulya Mahallesi Yeşilçimen küçəsində naməlum səbəbdən yolda çökmə baş verib. Bu vaxt park edilmiş avtomobil və mikroavtobus çuxura düşüb.

Qruplar hadisə yerinə cəlb olunan kranla maşınları oradan çıxarmağı bacarıblar.

Polis xəndəyin ətrafına xəbərdarlıq lövhələri qoyub və təhlükəsizlik zolağı qurub.


Youtube kanalımız

Oxşar xəbərlər