Kirantsdan İrəvana etiraz yürüşü başladı: Keşiş başçılıq edir

Kirantsdan İrəvana etiraz yürüşü başladı:  Keşiş başçılıq edir
04 May 2024 18:17

Ermənistanın “Vətən naminə Tavuş” hərəkatı Tavuş rayonunun Kirants (Günən) kəndindən İrəvana yürüşə başlayıb.

Bu barədə Kirants kəndində çıxış edən Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan məlumat verib.

Onun sözlərinə görə, Ermənistanın digər rayonları kimi, qonşu kəndlərin sakinləri də yürüşə qoşulmağa hazırdırlar. O, paytaxta gedən yolda yürüş iştirakçılarının sayının durmadan artacağına əminliyini ifadə edib.

Tavuş yeparxiyasının primatı qeyd edib ki, yürüş iştirakçıları mayın 9-da günorta İrəvana çatmalıdırlar.


Youtube kanalımız

Oxşar xəbərlər