Nazir rəisi işdən azad etdi

Nazir rəisi işdən azad etdi
04 May 2024 17:14

Ədliyyə Nazirliyi Penitensiar xidmətində növbəti kadr dəyişikliyi olub.

News365.az Unikal.az-a istinadən xəbər verir ki, Penitensiar xidmətin rəisi, ədliyyə general-mayoru Mirsaleh Seyidovun təqdimatı əsasında ədliyyə naziri Fərid Əhmədov Penitensiar xidmətin 13 saylı cəzaçəkmə müəssisəsinin rəisi Çingiz Yunisovu vəzifəsindən azad edib.

Nazirin digər əmri ilə həmin müəssisədə Əməliyyat-Rejim işləri üzrə müavin vəzifəsində işləyən Elnur Hüseynov 13 saylı cəzaçəkmə müəssisəsinə rəis təyin olunub.


Youtube kanalımız

Oxşar xəbərlər