Bir sıra ərazilərə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA

Bir sıra ərazilərə yağış, Şahdağa sulu qar yağıb -  FAKTİKİ HAVA
04 May 2024 18:47

Mayın 4-ü saat 17:00-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Balakən, Qəbələ, İsmayıllı, Zaqatala, Şəki, Qax, Xaltan, Qrız, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Biləsuvar, Yardımlı, Lerik, Astaraya yağış, Şahdağa sulu qar yağıb.

Şərurda saat 13:55-14:15 radələrində dimateri 1 mm olan dolu düşüb.

Daşkəsən, Göygöl, Şəki, Qax, Qrız, Şahdağ, Lerikdə duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18-22, Naxçıvan MR-da və Aran rayonlarında 22, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub.


Youtube kanalımız

Oxşar xəbərlər