Fransız qadın itən pişiyini 11 il sonra tapdı

Fransız qadın itən pişiyini 11 il sonra tapdı
21 Yan 2025 16:05

Fransada maraqlı hadisə baş verib. "France Info"nun yaydığı məlumata görə, fransız qadın itən pişiyini 11 il sonra tapıb.

"Sen-Deni-le-Bur kommunasının sakini Merilin 2014-cü ildə bir neçə aylıq olar pişiyinin evdən qaçmasından məyus olub. O, Qarfild adlı pişiyinə bu yaxınlarda yenidən qovuşub. Bu illər ərzində pişik sahiblərinin yaşadığı ərazini tərk etməsə də, 11 illik müddətdə qonşulardan heç biri də ona əhəmiyyət verməyib", - nəşr yazıb.

Qeyd edilib ki, qonşular pişiyi qidlandırsalar da, heç kim onun çipini yoxlamayıb. İllər keçdikcə Qarfild küçədə yaşamağa öyrəşib qoca pişiyə çevrilib. Onun sahibi isə hələ də bu hadisəyə inana bilmir: “Bu inanılmazdır. Onun uzun illər evsiz qalmasına əvvəlcə bir az üzüldüm. Ümid edirəm ki, o, çox da bədbəxt olmayıb".

Tural