Türkiyədə məhkəmə Oktay Kaynarca və Emel Müftüoğlu ilə bağlı hökm çıxardı

Türkiyədə məhkəmə Oktay Kaynarca və Emel Müftüoğlu ilə bağlı hökm çıxardı
11:34

Türkiyədə məşhur şəxslər arasında narkotik vasitələrin istifadəsi və satışı üzrə istintaq çərçivəsində saxlanılan aktyor Oktay Kaynarca və müğənni Emel Müftüoğlu da daxil olmaqla, 6 nəfər barəsində qərar verilib.

News365.az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.

Məhkəmədə ifadələri alınan şübhəlilərdən Oktay Kaynarca və Emel Müftüoğluna ölkədən çıxmamaqla bağlı qadağa qoyulub və hər ikisinə qarşı məhkəmə nəzarəti tədbiri tətbiq edilib.

Saxlanılan digər şübhəlilərdən Ali Sert, Rabia Karataş həbs edilərək həbsxanaya göndəriliblər. Neda Şahin və Selen Çetinkaya isə məhkəmə nəzarəti tədbiri tətbiq edilməklə sərbəst buraxılıblar. /// oxu.az


Sizin reklam burada
Sizin reklam burada