Türkiyədə kənd təsərrüfatı böhrana girir - Meyvə istehsalı 30% azalır

Türkiyədə kənd təsərrüfatı böhrana girir - Meyvə istehsalı 30% azalır
15:55

Türkiyədə kənd təsərrüfatı sektorunda geriləmə müşahidə olunur. Ölkənin Statistika İnstitutunun son hesabatına əsasən, meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsullarının istehsal həcmi kəskin şəkildə azalıb.

News365.az-ın məlumatına görə, bu il Türkiyədə taxıl və digər kənd təsərrüfatı məhsullarının istehsalı ötən illə müqayisədə 10,4%, tərəvəz istehsalı isə 0,4% azalıb.

Ekspertlər bildirirlər ki, ən ciddi azalma meyvə və ədviyyat istehsalında gözlənilir. Bu sahədə geriləmənin 30%-ə qədər artacağı ehtimal olunur.

Mütəxəssislər azalmaya səbəb kimi iqlim dəyişikliyi, su qıtlığı və artan istehsal xərclərini göstərirlər.

News365.az


Sizin reklam burada
Sizin reklam burada