Türkiyədə inşaat zamanı uçqun olub, ölən və xəsarət alanlar var

Türkiyədə inşaat zamanı uçqun olub, ölən və xəsarət alanlar var
18:00

Türkiyənin Şanlıurfa şəhərində tikinti sahəsi üçün beton tökülərkən uçqun baş verib.

Bu barədə "Haber Global" məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində beş işçi dağıntılar altında qalıb.

Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Lakin onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada