Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.
News365.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda vətəndaş - 2005-ci il təvəllüdlü Abdullayev Təhməz Natiq oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.
Əlavə məlumat veriləcək.