Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə Böyük Britaniyanın xarici işlər naziri İvet Kuper arasında telefon danışığı olub.
News365.az xəbər verir ki, tərəflər Yaxın Şərq regionunda davam edən müharibənin başa çatdırılması və davamlı sülhün təmin olunması istiqamətində aparılan diplomatik təşəbbüsləri müzakirə ediblər.