Türkiyə Suriya Ordusuna dəstək verə biləcəyini açıqlayıb.
News365.az xəbər verir ki, Türkiyənin Müdafiə Nazirliyi Suriya Ordusunun Hələbdə SDF/YPG-yə qarşı apardığı əməliyyatla bağlı açıqlama verib.
Nazirlikdən bildirilib ki, rəsmi müraciət olacağı halda Türkiyə bu əməliyyata dəstək göstərməyə hazırdır.
Qeyd olunub ki, məsələ ilə bağlı vəziyyət izlənilir və regional təhlükəsizlik prioritetləri nəzərə alınır.