"Türk dünyasında qadın gücü" adlı tədbir KEÇİRİLƏCƏK

"Türk dünyasında qadın gücü" adlı tədbir KEÇİRİLƏCƏK
15:42

“Türk Dünyasında Qadın Gücü” adlı tədbir keçiriləcək

15 oktyabr 2025-ci il tarixində saat 10:00-da Bakı KOB Evində “Türk Dünyasında Qadın Gücü” adlı tədbir keçiriləcək.

Tədbir “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası” (AQSİA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Samsun İş Qadınları Dərnəyi (SAMİKAD) tərəfindən birgə təşkil olunur.

Tədbirin əsas məqsədi Azərbaycan və Türkiyə qadın sahibkarları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması, qadınların iqtisadi fəallığının artırılması və birgə layihə perspektivlərinin müzakirəsidir.

Tədbirdə çıxış edəcəklər:

Samir Hümbətov – KOBİA-nın İdarə Heyətinin sədrinin birinci müavini

Hicran Hüseynova – Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri

Bahar Muradova – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Ufuk Turganer – Şimali Kipr Türk Respublikasının Bakıda nümayəndəliyinin rəhbəri

Şehnaz Dereli – SAMİKAD İdarə Heyətinin sədri

Səkinə Babayeva – Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının sədri

Tədbir çərçivəsində qadın sahibkarların iqtisadi fəallığının gücləndirilməsi, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi və ortaq təşəbbüslərin inkişafı istiqamətində fikir mübadiləsi aparılacaq.



Sizin reklam burada
Sizin reklam burada