Türk doğulduğu üçün fəxr edən Alp Arslan - FOTO

Türk doğulduğu üçün fəxr edən Alp Arslan - FOTO
27 Avq 2024 12:06

1071-ci ilin avqustun 26-sı. Səhər saat 6-00.

Malazgird düzü.

300 min imperator Diogenin ətrafında 7-8 kilometr ərazini tutub.

30 min Səlcuq ordusu, Afşin,Sunduk, Əhmədşah, Türkmən, əmir Tuğ Təkin, Savtəkin, Aytəkin kimi cəsur sərkərdələr Alp Arslanın ətrafında

Malazgird döyüşünün tarixi və geosiyasi əhəmiyyəti olduqca böyükdür. Bu hadisə türk tarixində öz əhəmiyyətinə görə yalnız 1453-cu il İstanbulun fəthi və 2020-ci il Şuşanın azad edilməsi ilə müqayisə oluna bilər ancaq.

Səhər saat 5-00. Sübh. Günəşin ilk şüaları üfüqdən görünməkdədir. Elə bu an əsgərlərdən biri Alp Arslana yaxınlaşaraq, “Sultanım, düşmən 300 minlik ordusu ilə bizə yaxınlaşır”, – deyir.

Alp Arslan gülümsəyərək deyir: “Biz də onlara yaxınlaşırıq”.

Alp Arslan 14 avqustu xatırladı. 14 avqust 1071 – ci ildə sultan Əhlətlə Malazgird arasındakı əz – Zöhrə adlanan yerdə sərkərdəsi Savtəkin Аlxası Bizans imperatorunun yanına sülh danışıqlarına göndərmiş idi. Təkəbbürlü imperator elçiyə belə söylədi “bizim atlar axşam Təbrizdə su içəcək, səhərisi isə Reydə danışıqlar apararıq!”.

Savtəkin isə imparatora belə cavab vermis idi :“ Atlarınız həqiqətən axşam Təbrizdə su içəcək, ancaq o zaman atların süvariləri siz olmayacaqsınınz !”.

Bizans imperatoru Roman Diogen özündən razı görünürdü. Qələbəsinə elə əmin idi ki, özü ilə qızıldan nəhəng xaç da gətirmişdi. Diogen Alp Arslan arasında döyüş öncəsi məktub yazıb göndərir:

-Sən at minən ərəblərəmi güvənirsən? Onlar yalnız muzdlu döyüşçülər ola bilər. Sən böyük İmperiyanı bunlarla alacaqsan? Mənim də ətrafımda muzdla döyüşən əsgərlər var. Onlar da sənin millətindədir.

Alp ona cavabında yazır:

-Ordunun sayına çox güvənmə. Tanrı mənə türk adlı millətdən doğulmaq nəsib edib. Sabah döyüş zamanı yalnız səni öz millətimlə yenəcəm!

Döyüşə yarım saat qalan Alp Arslan atdan düşüb səcdə edir:

“Ya Rəbb, sənin qarşısında üzümü yerə qoyub sənin üçün döyüşürəm. Ya Rəbb, niyyətim safdır; Mənə kömək et, duamda səhv nəsə varsa lənət olsun mənə"

Sonra əsgərlərinə dönüb:

“Burada Allahdan başqa sultan yoxdur. Nizam və tale yoxdur onun əlindədir. Buna görə də Mənimlə döyüşməkdə və ya məni tərk etməkdə azadsınız”. dedi.

Bu həyəcanlı və qətiyyətli sözlərə qarşı əsgərlər bir ağızdan dedilər:

“Biz heç vaxt sənin əmrindən dönməyəcəyik!” cavab verdilər.

Sultan ağ geyinib atının quyruğunu bağladı və son nitqini söylədi:

“Ey əsgərlərim! Şəhid olsam, bu ağ paltar kəfənim olsun. Onda ruhum göyə qalxacaq. Məndən sonra İslamın alınmaz qalası olan Naxçıvana gedib, Məlikşahı taxtına oturdun, ona sadiq olaq. Qələbə qazansaq, gələcək bizimdir”.

Bizаns imperаtоrunun оrdusunun sаğ və sоl cinаhlаrındа quzlаr (xristiаn оğuzlаr) və peçeneqlər, qоşunun аrxаsındа isə Andrоnik Dukаnın bаşçılıq etdiyi yunаn və s. xаlqlаrdаn ibаrət dəstələr yerləşdirilmişdi. Səlcuqlu оrdusu döyüşə qədim türk аdəti üzrə "Ya hüüü" və islаm qаydаsı üzrə "Allаh, Allаh" nidаlаrı ilə bаşlаdılаr. " Ya Hüüü" sədаlаrını eşidən quz və peçeneqlər qаrşılаrındа öz sоydаşlаrının оlduğunu bilərək, səlcuqlulаr tərəfinə keçdilər. Böyük Turan hərb taktikası-aypara düzümü döyüşün taleyini həll elədi.

Döyüşdən sonra məğlub imperator Diogen Alp Arslanın çadrına gətirilir. İmperator Sultanın qarşısında diz çöküb, başı aşağı halda soruşur:

-Mənə nə edəcəksiniz?

Sultan ona baxaraq soruşur:

– Əgər mən sənin önünə əsir olaraq gətirilsəydim, nə edərdin?

– Ya öldürərdim, ya da zəncirləyib Konstantinopolun küçələrində gəzdirərdim, – Diogen deyir.

– Mənim verəcəyim cəza isə çox ağırdır… Səni əfv edirəm və sərbəst buraxıram, – Sultan amiranə tərzdə cavab verir.

Dünya tarixi üçün dönüş nöqtəsi olan Malazgird döyüşündə məğlub imperator Diogen razılaşmaya əsasən azad olunmaq üçün 1.500.000 dinar verməyi, vergi olaraq hər il 360.000 dinar ödəməyə razı oldu. Bizansın əlində olan İslam əsirləri buraxılmalı, lazım gəldikdə bizans əsgərləri Səlcuklara yardım etməli ,Antakya, Urfa, Əhlət və Malazgird torpaqları türklərə verilməli idi. Konstantinopola doğru yola çıxan imperator Tokatdan topladığı 200.000-dək dinarı özü ilə birlikdə gələn türk əsgərlərinə verdi.

Əmir Sunduk Bizans qoşunlarının qələbə rəmzi olan "Böyük qızıl xaçı" ələ keçirirərək Alp Arslana göndərdi. Alp Arslan qızıl xaçı Bağdada aparıb xəlifənin ayaqları altına atır. Xəlifə əl Qaim bunu görüb Sultana yazır : " Dinin dirəyi, ərəblərin və əcəmlərin hakimi, bütün müsəlmanların sultanı, müslümlərin pənahı, əmirəlmöminin gücünün təsdiqisən !"

Türk dövlətlərinin tarixi dəyişən qələbələri bununla bitməyəcəkdi. Min ildən çox dünyada hökmranlıq edən Bizans İmperiyasına növbəti böyük və dağıdıcı zərbəni cəmi 4 əsr sonra başqa bir türk dövləti – Osmanlı İmperiyası vuracaqdı. Ona isə zaman hələ var idi…..

Zaur Əliyev, tarixçi alim

 


Youtube kanalımız