"Turan Tovuz" hələ də sabit qrafik cıza bilmədiyini göstərdi

"Turan Tovuz" hələ də sabit qrafik cıza bilmədiyini göstərdi
12 Noy 2024 19:23

Premyer Liqada 13-cü tur arxada qaldı.  

News365.az xəbər verir ki, idman eksperti Kənan Məstəliyev ötən turu şərh edib. 

- "Turan Tovuz" autsayderlə xal itirməklə hələ də sabit qrafik cıza bilmədiyini göstərdi. Liderlə qazanılan xal hara, bu xal hara... Heyət xüsusi rol oynayır. Tovuzlu azarkeş "elə bilirəm mən qazanıram, Oto Con yeyir" desə, yalançı olmaz. 


- İtirilən xalları da hesablasaq, "Neftçi" ilə "Qarabağ" arasındakı fərq 24-ə çıxır ki, bu da 8 tur deməkdi. Yəni ağdamlılar bu gün dağılsa, aradakı xalları minimuma endirmək üçün fevrala qədər gözləmək lazım gələr. Fiasko deyil, əməlli-başlı uzunmüddətli strateji uçurumdu.


- Renduliçin işi qənaətbəxş deyil. Adama bacarıqsız demək də olmur, amma işinin alındığını da demək olmaz. Ruslar demiş, nə balıqdı, nə də ət. Fakt odu ki, komanda ciddi xal itkilərinə məruz qalıb və növbəti bir-iki yenilgi avrokubokları xəyala çevirəcək 


- "Kəpəz" düzəlmək istəyir. Düzdü, hələ nəsə demək tezdi və "yaxşı olacaq" yaxud "pis olacaq" fikrini yürütmək üçün azı 4-5 tur da keçməlidi. 


- Bir az istək olsa, normal çempionat qura bilərik. "Qarabağ" azacıq büdrəsə, kubok çerez Zəngəzur dəhlizi əldən gedə bilər. Müvəqqəti çətinlik olsa da, son çempionun yüngülvari gərginlikdə qalması yaxşı bir şeydi. 



Youtube kanalımız

Oxşar xəbərlər