"Olanımız budur" - Kənan Məstəliyev milli komandamızdan gözləntilərini açıqladı

"Olanımız budur" - Kənan Məstəliyev milli komandamızdan gözləntilərini açıqladı
19 Noy 2024 19:57

Bu gecə Azərbaycan millisi C liqasında son oyununa çıxır. Rəqib İsveçdi, bizdən güclüdülər, favoritdilər. Danışılası-deyiləsi söz yoxdu. Trilyon dəfə demişik də, danışmışıq da. Tutuquşundan fərqimiz yoxdu. Ona görə də özümüzü çox yormayaq, sadəcə milliyə uğurlar arzulayaq. 

News365.az-a açıqlama verən idman eksperti Kənan Məstəliyev bildirib ki, Estonlarla son matçda bir epizod oldu. Meydançaya yaxın oturduğumuzdan bəzi səsləri eşidə bilirdik. Birinci hissənin ortalarında mərkəzdə top Aleksey İsayevə düşdü. Solunda Elvin dayanmışdı, yavaş-yavaş hərəkət edirdi. Böyük ehtimalla, topu götürüb onunla irəliləmək istəyirdi, İsayev isə başqa fikirdə idi və onun açılmasının yaxşı olacağını düşünürdü. Ona görə də Elvinə qabağa getməyini dedi. Bilirsiz necə? "Qo, qo" qışqıraraq. Yəni ingilislərin "Go"sundan - "get, get" mənasında. Azərbaycan dilində bilməyən Aleksey İsayev, rus dilində bilməyən Elvin Cəfərquliyevlə ingilis dilində ünsiyyət qurur. Düzdü, futbolun dili beynəlmiləldi, meydanda sözsüz, işarələrlə də anlaşmaq olar. Amma bu millidi. Burda hər kəs bir-birini meydanda da, ondan kənarda da başa düşməli, bir yumruq kimi birləşməlidi. Yalnız bu olandan sonra biz bir komanda kimi inkişaf edə, döyüşə, mübarizə apara bilərik. 


Hər şeyə rəğmən millimizə uğurlar! Olanımız budu, başqasını qurmaq üçün 10-15 il lazımdı. O da qurulsa. 


İsveçi məğlub edək!


Youtube kanalımız

Oxşar xəbərlər