Cənubi Qafqazda regional əməkdaşlıq və inteqrasiya mövzusu son dövrlərdə həm iqtisadi, həm də siyasi gündəmin prioritet mövzusuna çevrilib. Yeni nəqliyyat dəhlizləri, köçürmə imkanları və strateji layihələr region ölkələri arasında əlaqələrin gücləndirilməsinə, eyni zamanda sabitliyin və iqtisadi inkişafın təmin olunmasına şərait yaradır. Bu baxımdan TRIPP layihəsi yalnız yerli, yox, qlobal miqyasda da diqqət çəkən təşəbbüs kimi önəm daşıyır.
Politoloq Aytən Qurbanova News365.az-a açıqlmasında bildirib ki, TRIPP lahiyəsi region ölkələr üçün yeni əməkdaşlıq imkanları və logistik baxımından onların önəmini artıracaq şərait formalaşdırmaqla yanaşı, yeni formalaşan regional təhlükəsizlik arxitekturasna mühüm töhfə verə bilər.

"Dövlətlər arasında əlaqələrin gücləndirilməsi, inteqrasiyanın sürətlənməsi və yeni strateji tərəfdaşlıqların yaradılması regionun davamlı sabitliyi və gələcəyi baxımından vacib istiqamətlərdir. Bu baxımdan, Ermənistan prezidentinin açıqlamaları kifayət qədər konstruktiv yanaşmaları ortaya qoyur.
Digər tərəfdən, TRIPP layihəsinə alternativ təkliflərin irəli sürülməsi və ya layihə ilə bağlı əsassız, mövcud vəziyyətdən çıxış edən regional və qlobal güclərin mövqeyi istismar edilməməlidir. Əsas məqsəd layihənin həm Avropa ölkələri, həm ABŞ, həm də Çin və digər əsas qlobal güc mərkəzləri tərəfindən dəstəklənən istiqamətində qiymətləndirilməli, yalnız regional proseslərin inkişafı, inteqrasiya imkanlarının artırılması və sabitliyin davamlılığının təmin olunması üçün görülən addımlar kimi qəbul edilməlidir.
TRIPP layihəsi Cənubi Qafqazdan başlayaraq qlobal sistemə təsir göstərə biləcək böyük bir təşəbbüs kimi qiymətləndirilir. Bu, onun cəlbediciliyini artırır və konstruktiv yanaşmaların formalaşmasına töhfə verir. Ümid edilir ki, Ermənistan prezidentinin açıqlamaları səmimi və konstruktiv niyyətləri əks etdirir və TRIPP layihəsinin həm region dövlətləri, həm də Ermənistan üçün müsbət nəticələr verə biləcəyi düzgün təhlil edilərək, bu istiqamətdə əməkdaşlıq yanaşmaları inkişaf etdiriləcək.