TRIPP layihəsi Azərbaycan və Ermənistan arasında imzalanmış razılaşmanın nəticəsi olaraq regionda sülh və iqtisadi əməkdaşlığı gücləndirmək məqsədilə yaradılıb. Layihənin yalnız iki ölkə üçün deyil, həmçinin Türkiyə, Gürcüstan və Rusiya kimi qonşu dövlətlər üçün də faydalıdır.
Mövzu ilə bağlı Milli Məclisin deputatı Arzu Nağıyev News365.az-a fikirlərini bildirib.
TRIPP layihəsi bu il avqustun 8-də Ağ Evdə Azərbaycanla Ermənistan arasında imzalanmış razılaşmasının nəticəsi olaraq mövcuddur. Məqsəd Cənubi Qafqazda geosiyasi balansı tarazlıqda saxlamaq və yeni kommunikasiyalar qurmaqdır. Regionda uzun sürən münaqişədən sonra sülhə təşviq edən bu layihə sabitlik baxımından önəmli nüansdır. TRIPP əsasən nəqliyyat, telekommunikasiya və enerji infrastrukturunu özündə birləşdirir. Əlbətdəki bu layihə münasibətlərin normallaşması, iqtisadi əlaqələrin güclənməsi üçün faydalıdır. “Tramp marşrutu”, regional kommunikasiyanın yenidən qurulması fonunda Azərbaycanın diplomatik manevr imkanlarını artırır. TRIPP iqtisadi inteqrasiya, tranzit, ticarət və sabitlik baxımından potensialı yüksək layihədir.
Bu layihənin reallaşması sadəcə Azərbaycan və Ermənistan üçün deyil, eyni zamanda Türkiyə, Gürcüstan və Rusiya kimi digər region dövlətlərinə də fayda gətirə bilər. Region ölkələri siyasi iradə və balanslı yanaşma nümayiş etdirərək bu layihədən yararlana bilərlər.
Onu da qeyd edim ki, layihənin reallaşması üçün Azərbaycan - Ermənistan sərhəddinin delimitasiyası ilk şərtdir.
TRIPP-in real əməkdaşlıq platformasına çevrilməsi şəffaflıq və qarşılıqlı etimadla mümkündür.