ABŞ Müdafiə Nazirliyi könüllü olaraq transgender olduğunu etiraf edən 1 000 hərbçini xidmətdən kənarlaşdıracaq.
Bu barədə NBC News agentliyi məlumat yayıb.
Eyni zamanda, ABŞ müdafiə naziri Pit Heqset iyunun 6-dan ordu sıralarını könüllü tərk etməyən transgender hərbçilərin ordudan çıxarılmasına başlanılmasını əmr edib.
Xatırladaq ki, ABŞ Ali Məhkəməsi ötən çərşənbə axşamı Donald Tramp administrasiyasının transgenderlərin hərbi xidmətdə olmasına qoyduğu qadağanın qüvvəyə minməsinə icazə verib.