Tramp"Yeni Amerika" Krallığını qurmaq istəyir- TƏHLİL

Tramp"Yeni Amerika" Krallığını qurmaq istəyir- TƏHLİL
10:58
Tramp Zelenski görüşü yeni dünya düzəninə keçidin fırtınasıdır.
Tramp nə istəyir?
İllərlə yazdığım və dünyanın yeniləşən nizamında gördüyüm dünyanın təsvirini anladım,
"Yeni Amerika" Krallığını qurmaq istəyir, Tramp da Amerikanın ilk Kralı kimi adını tarixə yazdırmaq istəyir.
Ukrain adlı dərdi yoxdur, Rusiya adlı dərdi də yoxdur.
Onun istədiyi Rusiya Çar Rusiyasıdır, qarşı tərəfdə bu istəyə hazırdır, yeni Rusiya Çar Rusiyasıdır, Çarı da fərqli bir adla taxtındadır.
Ərəb Krallığı, Çar Rusiyası və Amerika Krallığı digital qurulan dünyada onun üçün tək çarədir ki, qalan bütün dünyanın məsuliyyətini üzərinə almağ istəmir. Kim bu ittifağa qoşulmaq istəyirsə, növbəyə dayanacaqdır.
Məsələ isə Avropadır. Avropanın isə Kralı İngilislərmi olacaq, almanlarmı, fransızlarmı? İngilislər Krallıq təcrübəsini yaşayıb və yaşadırlar. Digər Avropa dövlətləri isə seçimlərini etmək məcburiyyətindədirlər.
Hindistan öz Krallığını qəbul edəcək bir kütlə ilə yerindədir,
dərd isə Çindir. Çin kommunizmdən xilas olub, yeni Çin imperiyasını elan etməsə, yenə də hər zamankı kimi sıxışdırılıb, yenidə oturdulacaq və müflisləşdiriləcəkdir.
Yeni Roma düzəni bu düstürla qurulmaq istəyindədir və dünya bu gün bu keçidin astanasındadır.
Hər Krallığın əsasında dayanan idarəetmə isə Din üzərində hakimiyyətini saxlamağa çalışacaq və "Kral və Din" təmsilçiliyi həyatın əsaslarını təşkil edəcəkdir.
Ərəb Şeyxlərinin və xristian Kralların dünyasına keçiddə Ukranin sadəcə oyunun başlanğıcıdır və ...
Görünən bu səhnədə ilk antrakt başlayır,
Sonrasında isə daha sürətli səhnələrə şahidlik edəcəyik.
Teatrın Teosu yenidən səhnədədir, Amerika Romanın, Ərəb Xilafətinin, Hind sülaləsinin, Çin daosunun zərrəciklərini bir yerə yığmağa hazırlaşır, Bizans isə Avropadan xisasını almaqdan ötrü əsrlər boyu gözlədiyi günə hazırdır, tək açıq məsələ İran və Türkiyədir.
Bu iki Xilafət mirasçısı ola bilməyən coğrafiya hansı səhnədə hansı rolu oynayacaqdır, bilinmir.
Bu oxuma mənə aid deyildir, görünən dünyanın səhnəsində Teonun yerinə fikir irəli sürmək mənlik deyildir,
Tamaşaçı olaraq isə seyir etdiyim dramın içindəki fikirlərdən alınan nəticə budur.
Faciənı bütün dramların zirvəsi sayan dünyanın gəldiyi nöqtə bu olmalı idi.
Sabahların və gecələrin sahibi isə qarşımıza nə çıxaracaq, bilmirəm,
Xeyirlisi olsun deyib, ramazan düalarımla sabahımı başlayıram.
Aldığım və verdiyim hər nəfəs sənə aiddir, Allahım,
Nəfəsimi nəfsimlə sınama.
İdris Heydərli, publisist

Sizin reklam burada
Sizin reklam burada