Trampla tez-tez danışıram, geri çəkilməyəcək - Stubb

Trampla tez-tez danışıram, geri çəkilməyəcək - Stubb
11 İyn 2025 21:14

ABŞ Prezidenti Donald Tramp Ukrayna nizamlanması üzrə danışıqlardan geri çəkilmək niyyətində deyil.


News365.az xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksandr Stubb bildirib.


"Mən prezident Trampla tez-tez danışıram. İndiyə qədər onun danışıqlar prosesindən geri çəkiləcəyinə dair heç bir əlamət görməmişəm. Əksinə, o, sülh sazişinə nail olmaq istəyən sülh adamıdır", - o deyib.


Qeyd edək ki, daha öncə Tramp açıqlamasında danışıqların uğursuz olacağı təqdirdə, vasitəçilikdən geri çəkiləcəyini vurğulayıb


Sizin reklam burada
Sizin reklam burada