ABŞ Prezidenti Donald Trampın xüsusi tapşırıqları Ermənistan-Amerika münasibətləri və Mərkəzi Asiya dövlətləri ilə strateji məsələlər çərçivəsində həyata keçirilir. Bu prosesdə Azərbaycanın tranzit və logistik rolu diqqət mərkəzindədir.
Milli Məclisin deputatı Nəsib Məhəməliyev News365.az-a açıqlamasında bildirib ki, ABŞ-ın əsas strateji məqsədləri Mərkəzi Asiya dövlətləri və nadir metalların, uranın daşınması ilə bağlıdır.
Bu yüklərin logistik problemlərinin həllində Azərbaycan kritik rol oynayır.

Deputat qeyd edib ki, Vaşinqton və Mərkəzi Asiya dövlətləri arasında keçirilmiş üç tərəfli razılaşma çərçivəsində konkret strateji məsələlər müzakirə olunub və Azərbaycan bu prosesdə tranzit ölkə kimi iştirak edir. Eyni zamanda, Ermənistanın maliyyələşdirilməsi və regionda nəqliyyat kommunikasiyalarının açılması məsələləri də gündəmdədir.
Nəsib Məhəməliyev vurğulayıb ki, ABŞ və Mərkəzi Asiya dövlətləri ilə aparılan görüşlərdə Azərbaycandan keçən dəhlizlər və Zəngəzur tranziti xüsusi diqqətə alınır. Tramp administrasiyası regiondakı gedişatlar barədə mütəmadi olaraq məlumat alır və strateji qərarlarını buna uyğun formalaşdırır.