ABŞ prezidentinin nümayəndəsi Steven Uitkoff Kremli "təsirli yer" adlandırıb. O, Rusiya lideri Vladimir Putinlə görüşdən əvvəl şəhərin onu heyrətləndirdiyini bildirib. "Gazeta"nın yaydığı məlumata görə, Trampın xüsusi nümayəndəsi bu barədə WABC radiosunda təəssüratlarını bölüşüb.
"Mən Kremlə gəldim. Bu, təsirli yerdir. Mən bir az həyəcan və heyrət içində idim, o mənada ki, ABŞ hökuməti adından buradayam, sülh sazişi əldə etməyə çalışıram", - Uitkoff deyib.
O, baş verən hadisələrin əhəmiyyətindən də heyrətləndiyini vurğulayıb.
Tural