Tramp Harvardın 3 milyard dollarlıq ianəsini biznes məktəblərinə yönəltmək niyyətindədir.
News365.az-ın məlumatına görə, ABŞ prezidenti Donald Tramp Harvard Universitetinə ayrılan 3 milyard dollarlıq ianə vəsaitinin geri alınaraq ölkə üzrə fəaliyyət göstərən biznes məktəblərinə yönəldilməsini planlaşdırdığını bildirib.
Bu barədə Tramp sosial şəbəkədə paylaşım edərək qeyd edib:
“Çox antisemit olan Harvarddan 3 milyard dollarlıq qrantı götürüb, ölkəmizin hər yerindəki ticarət məktəblərinə vermək niyyətindəyəm”.
Prezident həmçinin vurğulayıb ki, bu məbləğ ABŞ üçün böyük bir investisiyadır və ölkənin bu vəsaitə ciddi ehtiyacı var.