ABŞ Rumıniyadakı qoşun sayını 800 nəfər azaldacaq

ABŞ Rumıniyadakı qoşun sayını 800 nəfər azaldacaq
16:22

ABŞ Rumıniyadakı hərbi mövcudluğunu azaltmaq qərarı verib. NATO-dan verilən açıqlamaya görə, təxminən 800 Amerika əsgəri geri çağırılacaq.

News365.az xəbər verir ki, qərar Ağ Ev tərəfindən qəbul edilib və dərhal qüvvəyə minəcək, lakin Konqres onu dəyişdirmək imkanına malikdir.

Hazırda ABŞ qoşunları Rumıniyada Mixail Kogelniceanu, Deveselu və Câmpia-Turzi bazalarında yerləşib. Ölkədə ümumilikdə 2 000 ABŞ əsgəri xidmət göstərir.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada