"Putin və Əliyev Bakıda həbs edilən rusiyalıların məsələsini müzakirə etdi"- Peskov

"Putin və Əliyev Bakıda həbs edilən rusiyalıların məsələsini müzakirə etdi"- Peskov
15:35

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev Bakıda narkotik qaçaqmalçılığı ittihamı ilə həbs edilən rusiyalıların məsələsini müzakirə ediblər.

News365.az xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov deyib.

O əlavə edib ki, Rusiya Federasiyası liderlərin görüşünün nəticələrini yüksək qiymətləndirir və aparılan danışıqlar Moskva ilə Bakı arasında ikitərəfli münasibətlərdə yeni bir səhifə açmağa kömək edəcək.


Sizin reklam burada
Sizin reklam burada