ABŞ Prezidenti Donald Tramp Hindistanın Baş naziri Narendra Modini “yaraşıqlı oğlan” adlandırıb.
News365.az “The Times of India”ya istinadən xəbər verir ki, Tramp bu barədə Cənubi Koreyanın Kencju şəhərində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq (APEC) Təşkilatının sammitində çıxış edərkən danışıb.
“Baş nazir Modi çox yaraşıqlı oğlandır. Mən ona çox hörmət edirəm və onu sevirəm”, - ABŞ lideri qeyd edib.
Onun sözlərinə görə, N.Modini bu ilin mayında Hindistan və Pakistan arasında gərginləşən münaqişənin nizamlanması ilə bağlı danışıqlar zamanı belə qiymətləndirib.
Xatırladaq ki, daha əvvəl N.Modinin D.Trampla görüşdən və Pakistanla bağlı mümkün müzakirələrdən yayınmaq üçün Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) Malayziyada keçirilən sammitində (26-28 oktyabr) iştirak etmədiyi barədə xəbərlər yayılmışdı.