"Paşinyanın addımları erməni cəmiyyətində şübhə doğurur"- Deputatdan AÇIQLAMA

"Paşinyanın addımları erməni cəmiyyətində şübhə doğurur"- Deputatdan AÇIQLAMA
14:20

"Paşinyanın addımları erməni cəmiyyətində şübhə doğurur". 

Milli Məclisin deputatı Azər Allahverənov News365.az-a açıqlamasında bildirib ki, Paşinyanın atdığı addımlar müəyyən şübhə doğurur.

Onun sözlərinə görə, erməni cəmiyyətində uzun müddət ciddi gərginlik hökm sürüb və bu, xəbər başlıqlardan da görünür. Atılan addımlar vəziyyəti daha da gərginləşdirə bilər.

Allahverənov vurğulayıb ki, Paşinyanın dayağı əsasən erməni xalqıdır. 2018-ci ildə hakimiyyətə gəlib, 2021-ci ildə isə 44 günlük müharibədən sonra yenidən xalqın ehtimadını qazanıb, səs çoxluğu ilə hakimiyyətə gəlib. Eyni zamanda, Paşinyanın dövlət qurumlarında da kifayət qədər güclü dayaqları mövcuddur. Zamanında müxtəlif güc strukturlarında onun əleyhinə olan qüvvələr olub və hər zaman çalışıblar ki, Paşinyanı müəyyən addımlar atmağa vadar etsinlər. Lakin 2024-cü ildə Paşinyan güc strukturlarında ciddi təmizləmə həyata keçirərək onları öz nəzarətinə ala bilib. Digər dövlət qurumlarında da oxşar vəziyyət mövcuddur.

Deputat qeyd edib ki, Paşinyan üçün real təhlükə yerli özünüidarəetmə orqanlarında mövcuddur. Masis və Gümrü kimi şəhərlərdə hakimiyyət hələ də Paşinyan əleyhinə olan qüvvələrin əlindədir. Bu şəhərlər vətəndaş fəallığı baxımından önəmlidir və burada əleyhdar qüvvələr hələ də koordinasiyalı şəkildə hərəkət edə bilirlər.


Sizin reklam burada
Sizin reklam burada