ABŞ hakimiyyəti yeni seçilmiş prezident Donald Trampı və ailəsini öldürməklə hədələyən şəxsi həbs edib.
News365.az xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, Manuel Tamayo-Torres adlı şəxs Trampa və ailəsinə qarşı bir neçə dəfə hədə-qorxu gəlib. O , sosial şəbəkədə təhdid mesajları göndərib: "Siz öləcəksiniz, oğlunuz öləcək, bütün ailəniz öləcək".
Bundan əlavə, videoda o, AR-15 tüfəngini yelləyərək, Tramp haqqında müxtəlif qəribə açıqlamalar verib.
Qeyd edək ki, Tramp iyulun 13-də Pensilvaniya ştatının Butler şəhərində keçirilən mitinqdə ona sui-qəsd cəhdini xatırladaraq, sui-qəsd cəhdlərini araşdırmaq üçün müstəqil komissiya yaradacağını bildirib.