Slovakiya hökumətinin başçısı Robert Fiko Rusiyaya səfər edəcək.
News365.az "İnterfaks"a istinadən xəbər verir ki, o, bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Fikonun sözlərinə görə, o, 2025-ci il mayın 9-da Moskvada qələbənin 80-ci ildönümünün qeyd edilməsində iştirak etmək üçün Rusiya prezidenti Vladimir Putin tərəfindən dəvət alıb.
"Slovakiyanın baş naziri kimi mayın 9-da Moskvada keçiriləcək faşizm üzərində qələbənin rəsmi qeyd edilməsində iştirak etməkdə son dərəcə maraqlıyam. Ona görə də Rusiya prezidenti Vladimir Putinin dəvətini məmnuniyyətlə qəbul etdim", - deyə Fiko qeyd edib.